Hindistan və Braziliya BMT Təhlükəsizlik Şurasına daxil ola bilər.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.

Onun sözlərinə görə, bəzi Afrika dövlətləri də BMT TŞ-yə qoşula bilər.

Rusiya XİN başçısı həmçinin qeyd edib ki, inkişaf etməkdə olan ölkələr Təhlükəsizlik Şurasında kifayət qədər təmsil olunmur.

Lavrov dəstəyin Asiya, Afrika və Latın Amerikasının maraqlarına cavab verməyə, o cümlədən daimi üzv yerlərinin təmin edilməsinə yönəldilməli olduğunu vurğulayıb.