“Hizbullah”a aman verməməliyik. Biz tam gücümüzlə fəaliyyətimizi davam etdirəcəyik.

APA xəbər verir ki, bunu İsrail Ordusunun Baş Qərargah rəisi Herzi Halevi “The Jerusalem Post” qəzetinə müsahibəsi zamanı deyib.

“Bu gün biz hücum hərəkətlərini sürətləndirəcək və bütün bölmələri gücləndirəcəyik. Mövcud vəziyyət bütün cəbhələrdə intensiv əməliyyatların davam etdirilməsini tələb edir”, - deyə Halevi bildirib.