Beynəlxalq təşkilatlar ikili standartlarla hərəkət edir.

“Sizinxeber.az” xəbər verir ki, bunu Türkiyənin ədliyyə naziri Yılmaz Tunç jurnalistlərin suallarını cavablandırarkən deyib.

O bildirib ki, uşaq hüquqlarından, qadın haqlarından danışan beynəlxalq təşkilatlar indi buna əməl etmirlər: “Beynəlxalq qurumların qərarları isə icra edilmir”.

Y.Tunç qeyd edib ki, BMT-nin qərarları illərdir icra edilmir: “Ona görə də dövlət başçısı Rəcəb Tayyib Ərdoğan həmişə deyir ki, dünya beşdən böyükdür”.

Nazir həmçinin xatırladıb ki, rəsmi Ankara Yaxın Şərqdəki müharibənin diplomatik yolla həlli üçün səylərini davam etdirir.