Bakı Dövlət Universiteti beynəlxalq reytinqlərdə mövqeyini yaxşılaşdırmağı planlaşdırır.

“Report” xəbər verir ki, bununla bağlı universitet hazırlıqlara başlayıb.

Sözügedən məqsədlə "Quacquarelli Symonds" təşkilatının məlumat bazalarından istifadə ediləcək. Bu təşkilat 1990-cı ildə təsis edilib. Mərkəzi Böyük Britaniyanın paytaxtı Londonda yerləşən “QS Quacquarelli Symonds” Avropa, Asiya və Amerikada ofisləri olan kommersiya məqsədi daşıyan xidmətlər təminatçısıdır.