23 saat 48 dəqiqə baş tutan lokal antiterror əməliyyatı zamanı hərbi hissələrimiz böyük şücaət göstərdi.

Sizinxeber.az xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi, polkovnik Elşad Əbilov deyib.

E.Əbilov bildirib ki, qarşı tərəfin törətdiyi təxribatlara cavab olaraq antiterror əməliyyatı keçirmək qərarı verilib:

“Biz onları ərazidən çıxarmaqla yanaşı, kapitulyasiyaya imza atmağa da məcbur etdik".