UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Yanq Boys"la (İsveçrə) keçirilən cavab matçında rəqib komandanın futbolçusuna təpik atan Türkiyənin "Qalatasaray" klubunun qapıçısı Fernando Musleranın cəzası bəlli olub.

"Report" xəbər verir ki, UEFA uruqvaylı əlcək sahibini 3 oyunluq diskvalifikasiya edib.

Qeyd edək ki, "Yanq Boys"a hər iki oyunun nəticəsinə görə məğlub olan (2:4) "sarı-qırmızılar" yoluna UEFA Avropa Liqasının Liqa mərhələsində davam edəcək. F.Muslera PAOK (Yunanıstan), RFŞ (Latviya) ve "Elfsborq"la (İsveç) keçiriləcək matçlarda iştirak etməyəcək.