115 ildən çox vaxt keçməsinə baxmayaraq, bəşəriyyət tarixinin qeydə alınmış ən böyük kosmik toqquşması sayılan Tunquska hadisəsi elm dünyası üçün öz cazibəsini və sirrini qoruyub saxlayır. Londra Imperial Kollecinin astrofizika üzrə fəlsəfə doktoru Alfredo Karpinetinin (Dr. Alfredo Carpineti) təhlil etdiyi bu möhtəşəm hadisə bütöv bir planet miqyasında böyük görünməsə də, insanlıq tarixi üçün əsrə damğasını vuran tarixi bir dönüş nöqtəsi olmuşdur.

1908-ci il iyunun 30-da, səhər saat 07:17-də Rusiyanın Sibir bölgəsindəki Podkamenjaya Tunquska çayı üzərində nəhəng bir partlayış baş verdi. Səmada parçalanan kosmik cisim təxminən 30 meqaton trotil ekvivalentində enerji xaric etdi ki, bu da böyük bir nəhəng şəhəri tamamilə yerlə-yeksan etməyə kifayət edən güc demək idi. Partlayış Sibir tayqasında 2 150 kvadratkilometr ərazini əhatə edən meşəni məhv etdi və təxminən 80 milyon ağacı yerə sərib kökündən qopardı.

Hadisə yerində heç bir krater qalmamışdı, çünki cisim yerə çırpılmadan atmosferin yüksək qatlarında partlamışdı. Lakin yaranan zərbə dalğası təkcə ağacları aşırıb məhv etməklə kifayətlənmədi, bütün planetin atmosferini ləngərlətdi. Atmosfer təzyiq dalğaları ABŞ-ın Vaşinqton şəhərinə qədər rəsmi qeydə alındı və dünya seysmik stansiyaları güclü yeraltı təkanlar təsbit etdi. Həmçinin atmosferə atılan toz və buz zərrəcikləri havanın şəffaflığını azaldaraq hətta gecə saatlarında səmanın parlaq şəkildə işıqlanmasına səbəb oldu.


Tunquska kosmik cisminin atmosferdə partlaması. Mənbə: MARK GARLICK/SCIENCE PHOTO LIBRARY / Getty Images
Tunquska hadisəsinə nə səbəb olmuşdu?
O yay səhəri Sibir səmasında nəyin baş verdiyinə dair 100-dən çox elmi fərziyyə irəli sürülüb. Lakin hazırda alimlərin qəbul etdiyi əsas aparıcı nəzəriyyəyə əsasən, Hadisəyə diametri 50 ilə 80 metr arasında olan daşlı bir asteroidin atmosferdə meteorit partlayışı (airburst) törətməsi səbəb olub.

Niyə krater yoxdur? Asteroid saatda 55 000 kilometr inanılmaz sürətlə hərəkət edərək yer səthinə dəyməzdən əvvəl, 10-14 kilometr hündürlükdə partlayaraq dağılmışdır. Müxtəlif iddialara baxmayaraq, kraterin olmamasının yeganə səbəbi budur.

Kometa, yoxsa asteroid? Bir vaxtlar su buzunun daha asan parçalana biləcəyi fikrinə əsaslanaraq obyekti kometa parçası hesab edən versiya məşhur idi. Lakin Rusiyada baş verən Çelyabinsk meteoriti hadisəsinə əsaslanan müasir rəqəmsal modellər kometadan ziyadə daşlı asteroid versiyasını təsdiqləyir.

Atmosferdən toxunub keçmə versiyası: Digər maraqlı fərziyyəyə görə, asteroid atmosferə daxil olaraq onu yarıb keçmiş, zərbə dalğası yaradaraq yenidən kosmik fəzaya qaytmışdır. Matematik olaraq bu mümkün sayılsa da, Tunquska hadisəsini məhz bu ssenarinin yaratdığı tam sübut olunmayıb.

Hadisə şahidlərinin gözü ilə: O an nə baş vermişdi?
Alimlər uzun illər Tunquska bölgəsinə ekspedisiya təşkil edə bilmədilər. Lakin partlayış anında ərazidə olan və təhlükəsiz məsafədən bu faciəyə tanıqlıq edən yerli sakinlər baş verənləri sonradan nəql etmişdilər.

Rus mineraloqu Leonid Kulikin 1930-cu ildə təşkil etdiyi ekspedisiya zamanı qeydə alınan şahid ifadələrindən biri S. Semyonova aiddir. Partlayış mərkəzindən təxminən 60 kilometr məsafədə yaşayan Semyonov o anı belə təsvir edirdi:

Tunguska üzerinde patlayan uzay kayasının yarattığı yoğun şok dalgası nedeniyle ağaçlar yerle bir oldu.

"Qəfil meşənin üzərində səmada güclü alov işığı göründü, elə bil ikinci bir günəş doğmuşdu. Gözlərim şiddətli ağrıdan qapandı. Həmin an alovdan sonra gələn güclü zərbə dalğası məni bir neçə metr geriyə çırpdı və bir anlıq huşumu itirdim. Özümə gələndə üzümə dəhşətli isti bir külək vururdu."

Semyonov və həyat yoldaşının yaşadığı 60 km-lik məsafə alimlərin hesabladığı zərbə dalğası radiusu ilə tam üst-üstə düşür. Bu cür dəhşətli partlayışda insan tələfatının olub-olmaması tam dəqiq məlum deyil, lakin Semyonovgilin yerləşdiyi məsafədən daha yaxında olan hər bir canlının sağ kalma şansı yox idi.

Mənbə: IFLScience

(https://www.iflscience.com/the-tunguska-event-the-largest-impact-in-recorded-history-69604)

Tərcümə etdi: Baş Redaktor İzzət Qurbanov