Latviya Ukraynaya 40 milyon avro dəyərində yeni hərbi yardım paketi elan edib.

Sizinxeber.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, paketə 9 CVR(T) zirehli döyüş maşını, pilotsuz uçuş aparatları, əsgərlər və istehkamçılar üçün fərdi avadanlıqlar daxil olacaq.