Yaponiya sahillərində 5,8 bal gücündə zəlzələ qeydə alınıb.

APA xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Mərkəzin məlumatına görə yeraltı təkanların episentri 555 min insanın yaşadığı Kaqosima şəhərindən (Kyuşu adası) 200 km cənub-şərqdə yerləşib.

Zəlzələnin hiposentri yerin 28 km dərinliyində olub.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.