Paytaxtın Mətbuat prospekti ilə Akim Abbasov küçəsinin kəsişməsində piyada vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Sizinxeber.az xəbər verir ki, bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Qəza səbəbindən Musabəyov parkı istiqamətində sıxlıq yaranıb.

Yolda hərəkət intensivliyini artırmaq və sıxlığın aradan qaldırılması məqsədilə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən qeyd olunan istiqamətdə svetoforlara "yaşıl dalğa" rejimi tətbiq edilib.