ABŞ ilə Cənubi Kipr arasında hərbi əməkdaşlıq məsuliyyətsizlikdir.

“Report” xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sözçüsü Ömər Çəlik brifinqdə çıxışı zamanı deyib.

O bildirib ki, bu, mövcud gərginliyi daha da artıra bilər.

Ö.Çelik, həmçinin söyləyib ki, bu, Türkiyə ilə müttəfiqlik ruhuna da uyğun deyil: “Bu, yanlış addımdır. Türkiyə Şimali Kiprlə tarixi həmrəyliyini davam etdirəcək. Şimali Kipr heç vaxt tək olmayacaq”.