İran BRİCS-də təhlükəsizlik üzrə xüsusi strukturun yaradılmasını təkif edib.

“Report” “Tasnim” agentliyinə istinadən xəbər verir ki, bunu İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədian Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən BRİCS+ ölkələrinin yüksək vəzifəli nümayəndələri ilə görüşdə bildirib.

Onun sözlərinə görə, belə bir struktur terrorçuluq, ekstremizm, bioloji silahların hazırlanması, habelə innovativ texnologiyaların, süni intellekt və peyk sistemlərinin oğurlanmasına qarşı mübarizə aparır.