Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı-Sumqayıt yolunda açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

FHN-dən Sizinxeber.az-ya verilən məlumata görə, yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində açıq sahədə baş vermiş yanğın genişlənməsinə, o cümlədən ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

***

14.37

Bakı-Sumqayıt yolunda yanğın başlayıb.

Sizinxeber.az xəbər verir ki, yanğın yolun Abşeron rayonundan keçən hissəsində, açıq ərazidə qeydə alınıb.

Əraziyə FHN-in yanğınsöndürənləri cəlb olunub.