Sumqayıt şəhərindəki avtomobil təmiri sexində yanğın söndürülüb.

Bu barədə "Sizinxeber.az"a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, yanğın yanğından mühafizə bölmələri tərəfindən qısa müddətdə söndürülüb.

13:24

Sumqayıt şəhərindəki avtomobil təmiri sexində başlayan yanğın qismən söndürülüb.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) məlumatında qeyd olunub.

Bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə Sumqayıt şəhəri, Koroğlu prospektində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində təxminən 1500kv.m. sahədə açıq ərazidə baş vermiş yanğın genişlənməsinə, o cümlədən yaxınlıqda yerləşən avtomobil təmiri sexlərinə və fərdi yaşayış evlərinə keçməsinə imkan verilmədən qısa müddətdə məhdudlaşdrılıb.

Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

12:46

Sumqayıt şəhərində avtomobil təmiri sexi yanır.

"Sizinxeber.az"un yerli bürosu xəbər verir ki, geniş ərazini əhatə edən yanğının söndürülməsi üçün Fövqəladə Hallar Nazirliyinin (FHN) briqadası hadisə yerinə gəlib.