Hacıqabulda avtomobilin vurduğu velosipedçi üç gün sonra ölüb.

"Sizinxeber.az" xəbər verir ki, sentyabrın 4-də Emil Süleymanov idarə etdiyi "VAZ 2107" markalı avtomobillə yolu velosipedlə keçən Mahir Hüseynovu vurub.

Velosipedçi aldığı xəsarətlərdən xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, M.Hüseynov həyatını itirib.

Faktla bağlı cinayət işi başlanıb.