Keniyanın paytaxtı Nayrobidə yerləşən orta məktəblərdən birindəki yanğın 17 nəfərin həyatına son qoyub.

Sizinxeber.az-nın “Reuters”ə istinadən xəbərinə görə, ölənlərin həmin təhsil müəssisəsinin şagirdləri olduğu açıqlanıb.

Hazırda ərazidə təhqiqat işləri davam etdirilir. Polis hadisənin səbəblərinin hərtərəfli araşdırılacağını vəd edib.