Ermənistanda ümumilikdə 108 nəfər Qərbi Nil qızdırması virusuna yoluxub.

Sizinxeber.az-nın “Sputnik Armenia”ya istinadən xəbərinə görə, bu barədə ölkənin səhiyyə naziri Anait Avanesyan məlumat verib.

O bildirib ki, ən çox yoluxma Armavir və Ararat vilayətlərində müşahidə olunur.

Nazirin sözlərinə görə, bir həftə ərzində yoluxanların sayında 16 nəfərlik artım qeydə alınıb.