Ukrayna ordusunda Rusiyaya qarşı döyüşən MDB ölkələrinin vətəndaşlarının sayı açıqlanıb.

Sizinxeber.az-nın Rusiya bürosu xəbər verir ki, bu barədə MDB Antiterror Mərkəzindən bildirilib.

Qeyd olunub ki, MDB ölkələrindən olan 300-dən çox şəxs Ukrayna ordusunun tərkibində Rusiyaya qarşı vuruşur.

"MDB ölkələrindən olan 300-dən çox yaraqlı Ukrayna millətçi birləşmələrinin tərkibində vuruşur", - deyə Birlik Antiterror Mərkəzinin rəhbəri general-polkovnik Yevgeni Sısoyev qeyd edib.