Bu gündən etibarən Bakı-Balakən-Bakı qatarları üzrə müntəzəm sərnişindaşıma xidməti bərpa olunub.

Sizinxeber.Az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" (ADY) QSC məlumat yayıb.

Qeyd edək ki, qrunt sularından zərər görmüş Qax-Zaqatala dəmir yol xəttində təmir işləri ilə əlaqədar reyslər avqustun 1-dən müvəqqəti dayandırılmışdı.