Bütün dünyada "ChatGPT", "Claude" və "Grok" çatbotlarının işində nasazlıqlar müşahidə olunur.

Oxu.Az bu barədə "DownDetector" və "Detector404" servislərinə istinadən xəbər verir.

Problemlər bütün dünyada, o cümlədən Azərbaycanda da istifadəçilər tərəfindən qeydə alınır.

İstifadəçilər yazırlar ki, xidmətlər işləmir və sorğulara cavab vermir.