Döymələr (tatu) və pirsinqlər əməliyyat zamanı anesteziyanın tətbiqi üçün əks göstərişlərdir.
Oxu.Az-ın xəbərinə görə, bu barədə rusiyalı professor, tibb elmləri namizədi, anesteziologiya və reanimatologiya üzrə direktor müavini Aleksey Pıreqov KP.ru-ya müsahibəsində danışıb.
"Tez-tez unudulan daha bir vacib məqam var: dırnaq boyası. Qanın oksigenlə doyma səviyyəsini ölçən sensor barmağa yerləşdirilir, dırnaq boyası isə onu "aldadır" və nəticədə göstəricilər etibarsız olur", - deyə mütəxəssis Aleksey Pıreqov qeyd edib.