Payızda dəriyə qulluq qaydalarını dəyişmək lazımdır.

Oxu.Az-ın xəbərinə görə, bu barədə rusiyalı dermatoloq və kosmetoloq İrina Kotova RT nəşrinə müsahibəsində danışıb.

Onun sözlərinə görə, payızda dərini qurudan məhsullardan imtina etmək və daha sıx teksturalı nəmləndirici vasitələrə keçmək vacibdir.

"Yay mövsümündə dəridə yağlılıq daha çox olduğu üçün biz həmişə spirt və ya turşu tərkibli toniklərdən, müxtəlif matlaşdırıcı maska və kremlərdən istifadə etməyə çalışırıq. Payızda isə bunları istifadədən çıxarmaq məsləhətdir", - deyə İrina Kotova bildirib.

Kosmetoloq sərt, quruducu gellərdən və turşu tərkibli losyonlardan çəkinməyi tövsiyə edib. Onun sözlərinə görə, payız mövsümündə dəri daha çox nəmləndirilməyə ehtiyac duyur.

Dermatoloq həmçinin qeyd edib ki, SPF qoruma səviyyəsini də azaltmaq məsləhətdir.