Çərşənbə axşamı ABŞ-nin İranın cənubuna endirdiyi zərbələr nəticəsində azı 18 nəfər həlak olub.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə İslam Respublikasının səhiyyə naziri Məhəmmədrza Zəfərqəndi məlumat verib.
Ölkənin müxtəlif vilayətlərinə dünənki hücumlar nəticəsində 18 nəfər həlak olub, 108 həmvətənimiz isə xəsarət alıb", - deyə o vurğulayıb.
Xatırladaq ki sentyabrın 1-də ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı İrandakı hədəflərə bir sıra zərbələrin endirildiyini xəbər verib. İran cavab olaraq BƏƏ, İordaniya, İraq və Bəhreyn də daxil olmaqla ABŞ-nin hərbi bazalarına zərbələr endirib.