Rusiya hava hücumundan müdafiə sistemləri ötən gecə ölkə üzərində Ukraynaya məxsus 375 ədəd PUA vurub.
Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, PUA-lar Belqorod, Bryansk, Volqoqrad, Voronej, Kaluqa, Kursk, Lipetsk, Oryol, Rostov, Ryazan, Saratov, Smolensk, Tver, Tula, Yaroslavl, Moskva, Krasnodar, Stavropol, Krım, eləcə də Azov və Qara dənizləri üzərində vurulub.