"Neftçi" komandasının 2026/2027 mövsümü üçün yay hazırlıq planı böyük ölçüdə bəlli olub.

"Report"un əldə etdiyi məlumata görə, "ağ-qaralar" iyunun 10-da Bakıda toplaşacaq.

Paytaxt təmsilçisi bundan təxminən bir həftə sonra Sloveniyaya yollanacaq. Yuri Vernidubun baş məşqçisi olduğu kollektiv burada 3-4 yoxlama oyunu keçirmək niyyətindədir.

Qeyd edək ki, "Neftçi" növbəti mövsüm UEFA Konfrans Liqasında iştirak edəcək.