Ermənistanın müdafiə naziri Suren Papikyanla Polşa Baş nazirinin müavini və milli müdafiə naziri Vladislav Kosyniak-Kamış arasında görüş baş tutub.

Axar.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Görüşdə nələrin müzakirə edildiyi açıqlanmayıb.

Qeyd edək ki, mayın 5-də Ermənistan müdafiə naziri Suren Papikyan Polşaya rəsmi səfərə gedib.