Fransa Prezidenti Emmanuel Makron həyat yoldaşı Bricitin onunla Ermənistana gələ bilmədiyini açıqlayıb.

Sizinxeber.Az xəbər verir ki, bu barədə E.Makron nyus.am-a açıqlamasında bildirib.

“Bricit müxtəlif səbəblərdən Parisdə qaldı və buna görə üzr istəyir. O, Ermənistan haqqında çox düşünür və fikirləri sizinlədir”, - deyə prezident qeyd edib.

Qeyd edək ki, Makron Avropa Siyasi Birliyinin sammitində iştirak etmək üçün İrəvana gəlib.