Əgər ABŞ-ın blokadası davam edərsə, Fars körfəzi və Ərəb dənizindəki bütün ticarəti dayandıracağıq.

Sizinxeber.Az xəbər verir ki, bunu SEPAH-ın nümayəndəsi İbrahim Zülfüqari deyib.

“Əgər bu davam edərsə, Qırmızı dənizdə gəmiçilik də dayandırılacaq. Bu cür hərəkətlər atəşkəsin pozulmasına doğru atılan addım kimi qiymətləndiriləcək”, - o bildirib.

Qeyd edək ki, bazar ertəsindən ABŞ-ın Hörmüz boğazında İran gəmilərinə qarşı blokadası qüvvəyə minib.