Türkiyənin Kahramanmaraş şəhərindəki məktəblərin birinə silahlı hücum nəticəsində ölən və yaralananlar var.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə şəhər valisi Mükerrem Ünlüer məlumat verib.

Onun sözlərinə görə, hadisə nəticəsində hələlik 6 yaralı və bir ölü məlumdur.

Türkiyənin Kahramanmaraş şəhərindəki məktəblərin birinə silahlı hücum olub.

"Sizinxeber.az" xəbər verir ki, ilkin məlumata görə, hadisə nəticəsində 6 nəfər yaralanıb.

Əraziyə çox sayda polis və təcili tibbi yardım briqadaları göndərilib.

Qeyd edək ki, dünən də Türkiyənin Şanlıurfa şəhərindəki liseylərin birinə hücum olmuş, 16 nəfər yaralanmışdı.