Türkiyə ABŞ və İran arasında əldə edilən atəşkəs rejimi ilə bağlı razılıqlarını alqışlayır.
"Report" "Trt Haber"ə istinadən xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan suriyalı həmkarı Şeybani ilə birgə mətbuat konfransında söyləyib.
O bildirib ki, dünya ictimai rəyi İsrailin mümkün təxribat cəhdlərinə qarşı müvafiq reaksiya vermək mövqeyində olmalıdır.
ABŞ və İran arasında əldə edilən atəşkəs rejimi ilə bağlı İsrail təxribatına qarşı xəbərdarlıq edən Fidan əlavə edib:
"Hazırda sağlam düşüncə üstünlük təşkil etməli və tərəflərin bu məsələdə konstruktiv olması vacibdir".