İngiltərə Kubokunda üçüncü raundun oyunları keçirilir.

Oxu.Az xəbər verir ki, "Çelsi" aşağı liqa təmsilçisi "Çarlton Atletik" klubu ilə üz-üzə gəlib.

Qarşılaşma gözlənildiyi kimi, Premyer Liqa təmsilçisinin üstünlüyü ilə keçib.



Rəqib komandanın qapısına beş qol vuran "zadəganlar", öz qapılarında bir top görüblər - 1:5.

Qeyd edək ki, İngiltərə Kubokunda üçüncü raundun oyunlarına yanvarın 20-də yekun vurulacaq.