Azərbaycan komandası Dakarda keçirilən Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında ilk qızıl medalını qazanıb.
Sizinxeber.Az xəbər verir ki, buna Azərbaycan cüdoçusu İbrahim Talıbov nail olub.
O, 55 kq çəki dərəcəsində mübarizə apararaq final görüşündə xorvatiyalı rəqibi Zvorc Jonaya qalib gəlib və Azərbaycan komandasına Dakar-2026-da ilk qızıl medalı qazandırıb.
Xatırladaq ki, mübarizəyə 1/4 final mərhələsindən başlayan cüdoçu ilk iki görüşündə Mərkəzi Afrika Respublikasının təmsilçisi İbrahim Mussanı və Səudiyyə Ərəbistanından olan Muratz Hebahı məğlub edərək yarımfinala yüksəlib.
Qeyd edək ki, noyabrın 13-dək davam edəcək Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında Azərbaycan 8 idman növü üzrə 13 idmançı ilə təmsil olunur.