Rüstəm Umerov Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi təyin edilib.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə Ukrayna KİV-ləri Prezident Volodimir Zelenski tərəfindən imzalanan fərmana istinadən məlumat yayıb.

Qeyd edək ki, R.Umerov daha əvvəl Ukraynanın müdafiə naziri olub.