Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-nin Ukrayna və Rusiya məsələləri üzrə xüsusi elçisi Kit Kelloq ilə görüşüb.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə Ukrayna KİV-i məlumat yayıb.

Qeyd edək ki, K.Kelloq bu gün Ukraynanın paytaxtı Kiyevə səfər edib. Ukrayna tərəfinin məlumatına görə, danışıqlar müdafiə, təhlükəsizliyin gücləndirilməsi, silah tədarükü, sanksiya siyasəti, əhalinin müdafiəsi, həmçinin Ukrayna-ABŞ əməkdaşlığının genişləndirilməsi məsələlərinə yönələcək.