İsrail ordusu Livanın cənubunda yerləşən “Hizbullah”a məxsus hərbi obyektləri hədəfə alıb.

Sizinxeber.az xəbər verir ki, bu barədə İsrail Ordusunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, hücumlar təşkilata aid raket infrastrukturuna o cümlədən raket buraxılış qurğularına, sursat anbarlarına və digər silah sistemlərinə yönəlib.