İsrailin Tehranın yaşayış rayonlarına hücumları nəticəsində azı 78 nəfər həlak olub, daha 329 nəfər xəsarət alıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə “Fars” agentliyi məlumat yayıb.

14:48

İsrailin İranın şimal-qərbindəki Təbriz şəhərinə endirdiyi zərbə nəticəsində 5 nəfər həlak olub, 12 nəfər yaralanıb.

“Report” xəbər verir ki, bu barədə “RİA Novosti” yerli hakimiyyət orqanlarına istinadən bildirib.

11:25

İsrail Hərbi Hava Qüvvələrinin İranın Təbriz şəhərinə hücumu nəticəsində ən azı üç nəfər həlak olub.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Şərqi Azərbaycan vilayətinin fövqəladə hallar idarəsinin rəhbəri bildirib.

"İsrailin Təbrizə hücumu nəticəsində üç həmvətənimiz həlak olub", - “Tasnim” agentliyi məmurun sözlərindən sitat gətirir.