Mehmet Fatih Kacır: "Türkiyə Şimali Kiprin investiyaların qoyulduğu adaya çevrilməsini istəyir"
sizinxeber.az xəbər saytı

Mehmet Fatih Kacır: "Türkiyə Şimali Kiprin investiyaların qoyulduğu adaya çevrilməsini istəyir"


Türkiyə Şimali Kiprin investiyaların qoyulduğu adaya çevrilməsini istəyir.

Bunu “Sizinxeber.az”un Şimali Kiprə ezam olunmuş müxbirinə açıqlamasında Türkiyənin sənaye və texnologiya naziri Mehmet Fatih Kacır bildirib.

"Şimali Kiprdəki insanların investisiya sahəsində addımlarını məhdudlaşdırmağa çalışanlar var. Şimali Kiprin qarşısını təcridlərlə, embarqolarla almağa çalışırlar. İstehsal etdiyimiz malların tədarükünü məhdudlaşdıra biləcəklərini düşünürlər. Amma buranı investisiyalar üçün münbit şəraitin olduğu adaya çevirdiyimizdə haqsız embarqoların, məhdudiyyətlərin nə qədər mənasız olduğunu bütün dünyaya göstərəcəyik", - o vurğulayıb.

Nazir əlavə edib ki, bu məqsədlərə çatmaq üçün insan resursları mühüm əhəmiyyət kəsb edir: "Məhz bu “Technofest” buradakı uşaqların, gənclərin texnologiya sahəsinə olan marağını artırır, Şimali Kiprə özgüvən aşılayır".

Oxşar xəbərlər

Türkiyəli nazir: “Türk dünyasının texnologiya sahəsində tam müstəqilliyi üçün çalışırıq” - EKSKLÜZİV
Nazir: Türkiyə Şimali Kiprin inkişafı üçün lazım olanı edəcək
Selçuk Bayraktar: “Technofest”in digər Avropa ölkələrində keçirilməsini istərdik"
Selçuk Bayraktar: “Technofest” yenidən Azərbaycanda keçirilə bilər" - EKSKLÜZİV
Türkiyəli nazir: "Türkiyə texnologiya sahəsini inkişaf etdirərək heç kəsdən qorxmadığını nümayiş etdirir"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle