Selçuk Bayraktar: “Technofest” yenidən Azərbaycanda keçirilə bilər" - EKSKLÜZİV
sizinxeber.az xəbər saytı

Selçuk Bayraktar: “Technofest” yenidən Azərbaycanda keçirilə bilər" - EKSKLÜZİV


“Technofest” Aviasiya, Kosmonavtika və Texnologiya Festivalı yenidən Azərbaycanda təşkil oluna bilər.

Bunu “Report”un Şimali Kiprə ezam olunmuş müxbirinə açıqlamasında “Technofest”in İdarə Heyətinin sədri, "Baykar" şirkətinin texniki direktoru Selçuk Bayraktar bildirib.

O, qeyd edib ki, bu festivalın qardaş ölkələrdə - türk dünyasında keçirilməsi planlaşdırılır.

"Türk kimi ən yaxşı olanı yaratmaq hissi keçirmək baxımından və müstəqillik üçün belə tədbirlər vacibdir. Bu səbəbdən artıq 11-ci “Technofest” həyata keçirilir. Festival ölkələr arasında mədəni və texnoloji mübadilənin aparılmasında mühüm rol oynayır”, - deyə S.Bayraktar əlavə edib.

Şimali Kiprin paytaxtı Lefkoşada təşkil olunan sayca 11-ci “Technofest" mayın 4-nə qədər davam edəcək. Festivalı yerli Prezident Administrasiyası, Türkiyənin Sənaye və Texnologiya Nazirliyi və Türkiyənin Texnologiya Komandası Vəqfi (T3 Foundation) dəstəkləyir.

Oxşar xəbərlər

Selçuk Bayraktar: Gələcəkdə TEKNOFEST bütün türk dünyasında keçiriləcək
“Technofest-2025"də "F-16" təyyarələrinin nümayiş uçuşu həyata keçirilib
Bayraktar: "TEKNOFEST" Şimali Kiprdə də keçiriləcək
Selçuk Bayraktar təyyarə qəzası ilə bağlı Azərbaycana başsağlığı verib
Bayraktar: Dünyada sülhü təmin etməli olan beynəlxalq sistem işləmir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər