“Azərpoçt”: Ölkədaxili pul köçürmələrində 60-70 % azalma var
sizinxeber.az xəbər saytı

“Azərpoçt”: Ölkədaxili pul köçürmələrində 60-70 % azalma var


Bir neçə il əvvəl ilə müqayisədə “Azərpoçt” MMC-nin poçt şöbələri vasitəsilə ölkədaxili pul köçürmələrində 60-70 %-lik azalma mövcuddur.

“Sizinxeber.az” xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yanında “Azərpoçt” MMC-nin əməliyyat departamentinin direktoru Asiman Əliyev “Asan radio”da yayımlanan “Rəqəmsal Dialoq” verilişində deyib.

“Bu onu göstərir ki, bu əməliyyat növü insanlar arasında artıq o qədər də aktual deyil. Əsasən pandemiya dövründə qapanma şəraitində insanların daha çox kartdan karta əməliyyatlarına meyllənməsi müşahidə edildi. Bu da bizim daxili pul köçürmələri üçün təsirsiz ötüşmədi” ,- deyə o qeyd edib.

A.Əliyev 2022-ci ildən başlayaraq ölkədaxili pul köçürmələrinin “Azərpoçt”da poçt operatorunun özünə məxsus olan “Qrad” sistemi vasitəsilə həyata keçirildiyini diqqətə çatdırıb.

Oxşar xəbərlər

Bu il beynəlxalq pul köçürmələri vasitəsilə “Azərpoçt”a 87 milyon manat daxil olub
Bayram günlərində banklar və “Azərpoçt” işləyəcək?
Azərbaycanda poçt tariflərini Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tənzimləyəcək
Xaricdən mal sifariş verənlərə XƏBƏRDARLIQ - VİDEO
Azərbaycanda poçt ödənişlərinin təsdiqinə dair çıxarışı 5 il ərzində əldə etmək mümkün olacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər