Bayram günlərində banklar və “Azərpoçt” işləyəcək?
sizinxeber.az xəbər saytı

Bayram günlərində banklar və “Azərpoçt” işləyəcək?


31 dekabr - 6 yanvar qeyri-iş günlərində ölkədəki bankların filial və şöbələri, eləcə də Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus Azərpoçt MMC-nin şöbələri və valyuta mübadilə məntəqələri fəaliyyət göstərəcəklər.

Sizinxəbər.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB) məlumat yayıb.

Məlumata görə, bayram günlərində ölkəmizdə səfərdə olan turistlərin və ölkə vətəndaşlarının valyuta mübadiləsi xidmətlərinə davamlı çıxış imkanlarının təmin edilməsi məqsədilə ümumilikdə 14 bankın 101 satış nöqtəsi (o cümlədən, 3 bank üzrə 7 satış nöqtəsi 24 saat rejimində olmaqla), “Azərpoçt”un 74 şöbəsi, valyuta mübadiləsinə lisenziya almış 5 valyuta mübadiləsi məntəqəsi (o cümlədən, 1-i 24 saat rejimində olmaqla) müştərilərə xidmət göstərəcək.

Bayram günlərində fəaliyyət göstərəcək bankların filial və şöbələrinin, “Azərpoçt”un satış nöqtələrinin və valyuta mübadiləsi məntəqələrinin iş qrafiki ilə aşağıdakı linklər vasitəsilə tanış olmaq mümkündür:

https://uploads.cbar.az/press-releases/f7b4a989136a7fd43f454d983.pdf

https://uploads.cbar.az/press-releases/d70bbd7910741158cd26ab1d1.pdf

https://uploads.cbar.az/press-releases/f535af838fa85bd71c2b988d9.pdf


Oxşar xəbərlər

Sabahdan avtovağzallar gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcəklər
Azərbaycanda avtovağzallar gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək
Azərbaycandakı valyuta mübadiləsi məntəqələrinə 6 ay vaxt verilib
Azərbaycanda bir fiziki şəxslə aparılan valyuta mübadiləsi əməliyyatının gündəlik həddi müəyyənləşib
Şuşaya giriş məhdudlaşdırılır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər