"Apple"ın keçmiş satış direktorundan SENSASİYALI AÇIQLAMA
sizinxeber.az xəbər saytı

"Apple"ın keçmiş satış direktorundan SENSASİYALI AÇIQLAMA




Keçmiş Apple satış direktoru Tayler Morqan "iPhone" istifadəçilərinə xəbərdarlıq edib.

BAKU.WS xəbər verir ki, bu barədə "iDropNews" portalı məlumat yayıb.

Məlumata görə, iOS 18 əməliyyat sisteminə yeni yeniləmələr cihazları yavaşlada bilər.

Apple iOS 18-i süni intellekt imkanlarına malik qabaqcıl proqram təminatı kimi təqdim edir, lakin Morqan əməliyyat sisteminin "iPhone 13", "iPhone 12" və "iPhone 11" kimi üç ildən çox əvvəl buraxılmış iPhone modelləri üçün nəzərdə tutulmadığını söyləyib.

Morgan izah edib ki, iOS 18-i köhnə cihazlara quraşdırmaq daha yavaş performansla nəticələnə bilər. O qeyd edib ki, yavaşlama dərhal nəzərə çarpmasa da, zaman keçdikcə hiss olunacaq. Morgan vurğulayıb ki, yeni iOS "iPhone 16" və "iPhone 15 Pro" kimi ən son modellərlə işləmək üçün nəzərdə tutulub və köhnə cihazlarda onun istifadəsi batareyanın sürətlə aşınmasına və ümumi performansın azalmasına səbəb ola bilər.

Morgan, ən son funksiyaları əldə etmək istəməyən köhnə iPhone modellərinin sahiblərinə cihazları sabit olduğu müddətcə iOS 18-ə yeniləməyə vaxt ayırmağı tövsiyə edib.

BAKU.WS

Oxşar xəbərlər

Ən yaxşı kameralı iPhone modelləri açıqlandı [xfgiven_updateblue][/xfgiven_updateblue]
"iPhone"un daha nazik versiyası buraxılacaq - Bu TARİXDƏ [xfgiven_updateblue][/xfgiven_updateblue]
"iPhone 16 Pro" bütün smartfonlar arasında ən dar çərçivəyə sahib olacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
iPhone 15 Pro kamerası ilə çəkilmiş ilk klip yayımlandı [xfgiven_updateblue][/xfgiven_updateblue]
iPhone 15 smartfonları hansı gücdə sürətli şarj texnologiyasını dəstəkləyirlər? [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər