iPhone 15 smartfonları hansı gücdə sürətli şarj texnologiyasını dəstəkləyirlər?
sizinxeber.az xəbər saytı

iPhone 15 smartfonları hansı gücdə sürətli şarj texnologiyasını dəstəkləyirlər?


iPhone 15 smartfon seriyasının təqdimatından öncə belə bir məlumat ortaya çıxmışdı ki, şirkət iPhone 15 Pro ilə iPhone 15 Pro Max-ı daha yüksək sürətli şarj texnologiyasının dəstəyi ilə təmin edəcək. Lakin yeni smartfonların təqdimatları zamanı Apple bu barədə heç bir məlumat vermədi. Şirkətin saytında da bu mövzu ilə bağlı konkret bir məlumat yoxdur. Lakin görünür, yüksək sürətli şarj texnologiyasının iPhone-larda dəstəklərini hələ gözləmək lazım gələcək.

Belə ki, Yaponiyanın Mac Otakara adlı saytının vermiş olduğu məlumata əsasən bütün iPhone 15 modelləri 27 vatt gücündə sürətli şarj texnologiyasını dəstəkləyirlər. Qeyd etmək lazımdır ki, keçən ilki iPhone 14 smartfonları da bu gücdə sürətli şarj texnologiyasının dəstəyinə sahibdirlər. Apple rəsmi şəkildə bildirib ki, 20 vatt və ya ondan daha böyük gücdə olan şarj adapteri sayəsində yeni smartfonlar 50% enerjini 30 dəqiqə ərzində yığırlar. 

Oxşar xəbərlər

Samsung Galaxy S24 smartfonları hansı gücdə sürətli şarj texnologiyasını əldə edəcəklər?
iPhone 15 Pro kamerası ilə çəkilmiş ilk klip yayımlandı
Fransada iPhone 12 qəfil qadağan edildi: Qadağanın səbəbi nədir?
iPhone 15 Pro və Pro Max Keyfiyyətli Konsol Oyunları Oynayacaq!
Apple iPhone 12-nin yüksək radiasiya problemini həll edəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər