Xocalıda uzun illərdən sonra Od çərşənbəsi tonqalı qalanıb - FOTO/VİDEO
İlaxır çərşənbələrdən ikincisi olan Od çərşənbəsi uzun illərdən sonra ilk dəfə olaraq Xocalıda da qeyd olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Xocalının bərpa və tikintisində çalışan işçilər çərşənbə tonqalı qalayıblar. Çərşənbə xonçası bəzənib, tonqal ətrafında şənlik təşkil edilib. Xocalı sakini Elşən Vəliyev oxuduğu “Qarabağ” mahnısı ilə hər kəsə bayram sevinci ilə yanaşı fərəhlə dolu duyğular bəxş edib.
Qeyd edək ki, Od çərşənbəsi odla, istiliklə bağlı olub insanların oda inamlarını ifadə edib. Odun, işığın ən böyük və tükənməz mənbəyi Günəşdir. Günəş göyü, yeri isindirib həyat enerjisi ilə kainata dirilik bəxş edir. İnanclara görə tonqalda həm də köhnə illərin ağrı-acıları və uğursuzluqları da yanaraq külə çevrilir.
Bu gün Xocalıda qalanan çərşənbə tonqalı həm köhnə illərin ağrı-acılarının yanıb külə dönməsinin, həm də istiliyin, həyat enerjisi və diriliyin rəmzini ifadə edir.
BAKU.WSOxşar xəbərlər
Qusarın Hil kəndində Od çərşənbəsi özünəməxsus ənənə ilə qeyd olunub - YENİLƏNİB + VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]
AZAL Novruz bayramı ərəfəsində Avropaya uçuşların sayını artırır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Xocalıda soyqırımı abidəsi qoyulacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Mehriban Əliyeva Od Çərşənbəsi ilə bağlı paylaşım edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
İran Prezidenti: “Biz çox sevinirik ki, Qarabağ uzun illərdən sonra öz əzəli ərazisinə qovuşdu” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi



















