İran Prezidenti: “Biz çox sevinirik ki, Qarabağ uzun illərdən sonra öz əzəli ərazisinə qovuşdu”
sizinxeber.az xəbər saytı

İran Prezidenti: “Biz çox sevinirik ki, Qarabağ uzun illərdən sonra öz əzəli ərazisinə qovuşdu”


“Biz çox sevinirik ki, Qarabağ uzun illərdən sonra öz əzəli ərazisinə qovuşdu. Bu, Azərbaycandır. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edə bildi”.

AZƏRTAC xəbər verir ki, bunu İran Prezidenti Seyid İbrahim Rəisi noyabrın 9-da Daşkənddə Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşdə deyib.

Qarabağın yenidən qurulacağına və bərpa ediləcəyinə ümidvar olduğunu bildirən İran Prezidenti qeyd edib:

“Biz bu planda əvvəlki kimi, Qarabağın bərpasında Sizə dəstək verməyə, öz xidmətlərimizi, o cümlədən mühəndis-texniki sahədə, təklif etməyə hazırıq. İran şirkətləri Qarabağın bərpasında və ümumiyyətlə, Azərbaycanın inkişafında Azərbaycandan olan əziz dostlarımıza kömək etməyə hazırdır”.

Oxşar xəbərlər

Prezident: “İran və Azərbaycan bundan sonra da uğurla əməkdaşlıq edəcək və münasibətləri gücləndirəcək” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Düşmənlərimiz məqsədinə çatmayacaq - Əliyev [xfgiven_updateblue][/xfgiven_updateblue]
İran prezidenti Moskvaya niyə getmişdi? - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]
İran Prezidentinin Türkiyəyə səfər tarixi açıqlanıb - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Əliyevin Xankəndi səfərinə İran mediasının reaksiyası [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər