Şəhid Anar Məmmədovun xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib
sizinxeber.az xəbər saytı

Şəhid Anar Məmmədovun xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib


Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn mayor Məmmədov Anar Elşad oğlunun əziz xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.

Müdafiə Nazirliyindən "Sizinxeber.az"a bildirilib ki, Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində keçirilən tədbirdə Müdafiə Nazirliyinin əməkdaşları, ictimaiyyət nümayəndələri, şəhidin ailə üzvləri, yaxınları və döyüş yoldaşları iştirak ediblər.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin, eləcə də Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət himni səsləndirilib.

Tədbir iştirakçılarına mayor A.Məmmədovun nümunəvi xidməti və döyüş yolu haqqında ətraflı məlumat verilib.

Anım mərasimində çıxış edənlər şəhidimizin döyüşlərdə göstərdiyi qəhrəmanlıq və şücaətlərindən söz açıblar.

Sonda şəhidin ailə üzvləri və yaxınları göstərilən diqqət və qayğıya, həmçinin şəhidlərimizin xatirəsinin daim uca tutulduğuna görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya, həmçinin Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Şəhid Anar Məmmədovun xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib

Oxşar xəbərlər

Şəhid Telman Haqverdiyevin xatirəsinə həsr olunan anım mərasimi keçirilib
Şəhid əsgər Nail Mahmudovun xatirəsi anılıb
Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyev və Cəmil Nəcəfovun anım mərasimləri keçirilib
Şəhidlərin xatirəsi anılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər