"DSA 2026" sərgisində bir sıra görüşlər keçirilib
"DSA 2026" sərgisində bir sıra görüşlər keçirilib.
Bu barədə "Sizinxeber.az"a Müdafiə Sənayesi Nazirliyindən məlumat verilib.
Bildirib ki, müdafiə sənayesi nazirinin müavini Mehman Baxışov Malayziyanın Kuala Lumpur şəhərində keçirilən "DSA 2026" 19-cu Asiya Müdafiə Xidmətləri Sərgisi çərçivəsində aprelin 21-də Türkiyə Respublikası Müdafiə Sənayesi Komitəsinin sədrinin müavini İhsan Kaya və qardaş ölkənin "Makina ve Kimya Endüstri" şirkətinin baş direktoru İlhami Keleş ilə görüşüb.
Görüşlərdə müdafiə sənayesi üzrə qarşılıqlı fəaliyyətin daha da genişləndirilməsi, silah və hərbi texnika istehsalı və yeni texnoloji həllərin tətbiqi istiqamətlərində fikir mübadiləsi aparılıb.
Bununla yanaşı, qabaqcıl təcrübələrin paylaşılması, innovativ yanaşmaların tətbiqi və elmi-texniki əməkdaşlığın gücləndirilməsi ilə bağlı müzakirələr edilib.
Tərəflər mövcud əməkdaşlıq mexanizmlərinin daha da təkmilləşdirilməsinin vacibliyini vurğulayaraq, uzunmüddətli və qarşılıqlı faydalı tərəfdaşlığın inkişafı üçün səylərin davam etdirilməsinin önəmini qeyd ediblər.
Sərgi çərçivəsində Malayziyanın Kedah ştatının şahzadəsi Tengku Sarafudin Badlişah, Türkiyə Respublikası milli müdafiə nazirinin müavini Musa Heybət və Malayziya müdafiə nazirinin müavini Adli bin Zahari "Azərsilah" Müdafiə Sənayesi Holdinqi" Qapalı Səhmdar Cəmiyyətinin stendini ziyarət ediblər. Onlara Azərbaycan istehsalı olan müdafiə təyinatlı məhsullar haqqında ətraflı məlumat verilib.
Oxşar xəbərlər
Azərbaycan məhsulları "DSA 2026" sərgisində nümayiş etdirilir
“IDEF 2025”-də imzalanma mərasimi keçirilib
Azərbaycanla Pakistanın hərbi sənaye kompleksləri arasında əlaqələrin genişləndirilməsi müzakirə olunub
Azərbaycan və Türkiyə arasında hərbi-texniki sahədə əməkdaşlığın perspektivləri müzakirə edilib
Vüqar Mustafayev "ADEX-2024" və "Securex Caspian" sərgiləri çərçivəsində bir sıra görüşlər keçirib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
Tramp Qətərin ona bağışladığı nəhəng təyyarəni göstərdi - Video
