Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti: 2024-cü ildə ölkədə hansısa yeni mövsümi xəstəlik ortaya çıxmayıb
Cari ildə ölkədə hansısa yeni mövsümi xəstəlik ortaya çıxmayıb.
Bu barədə "Report"a müsahibəsində Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, həkim-infeksionist Təyyar Eyvazov danışıb.
O, hazırda dekabr ayının sonu olmasına baxmayaraq, fəsli qripin kəskin artımının müşahidə olunmadığını diqqətə çatdırıb:
"Ayrı-ayrı illərdə qrip virusunun müxtəlif ştamları ortaya çıxır. Onlar da bir-birindən müəyyən qədər fərqlənir. Bundan başqa, digər respirator virusların təxminən 200 növü var. Növlər müəyyən zamanlarda bir-birini əvəz edir. Lakin bunlar yeni yayılmış viruslar deyil. 2024-cü ildə ölkədə hansısa yeni mövsümi xəstəlik ortaya çıxmayıb. Bildiyimiz kimi, dekabr, yanvar, fevral qripin yayılması üçün münbit şəraitin olduğu aylardır. Hazırda dekabr ayının sonları olmasına baxmayaraq, fəsli qripin kəskin artımını müşahidə etmirik. Ola bilsin ki, bir müddət sonra virus baş qaldırar. Lakin ötən illərlə müqayisədə bu il hələ ki sözügedən artım müşahidə olunmur".
Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.
Oxşar xəbərlər
Təyyar Eyvazov: Qızılca və digər infeksion xəstəliklər üçün lazım olan peyvənd Azərbaycanda mövcuddur - MÜSAHİBƏ
İnfeksionist: Hazırda Azərbaycanda qripə kütləvi yoluxma halı müşahidə olunmur
Nazirlik: Hazırda müşahidə olunan respirator viruslarla yeni koronavirus infeksiyasının gedişi oxşardır
Səhiyyə Nazirliyi əhalini qrip əleyhinə vaksinasiyaya çağırıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
KİV: İran ABŞ-nin hərbi obyektlərini vurdu
-
Şuşada "Etimadın bərpasında media diplomatiyası və media savadlılığının rolu" müzakirə edilib
-
Çində Kainatı öyrənmək üçün Ayı alətə çevirməyin yolunu tapıblar
-
"TuranBank" biznesin maliyyələşdirilməsi məqsədilə beynəlxalq fondlardan yerli valyutada vəsait cəlb edib
-
ABŞ Hörmüzə nəzarəti ələ keçirə bilsə... - Savaşın əsl səbəbi
-
Bu ölkə Azərbaycan vətəndaşlarını deport etdi
