Rusiya yeni virusla bağlı Çinə sorğu göndərib
Rusiya Federasiyası İstehlakçıların Hüquqlarının Müdafiəsi və İnsan Rifahı sahəsində Nəzarət üzrə Federal Xidməti Çində orthonairovirusun ( bataqlıq virusu və ya “WELV” - Qeyd) müəyyən edilməsi ilə bağlı xəbərlər dərc edildikdən sonra Çin Xalq Respublikasının Xəstəliklərin Qarşısının Alınması və Nəzarət İdarəsinə epidemioloji vəziyyətlə bağlı sorğu göndərib.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, Rusiya ikitərəfli əməkdaşlıq vasitəsilə Pekindən epidemioloji vəziyyətlə bağlı məlumat tələb edib.
Xatırladaq ki, Pekin Mikrobiologiya və Epidemiologiya İnstitutunun çinli alimləri gənə vasitəsilə ötürülən və sinir sisteminə zərər verən yeni virus aşkar ediblər. Xəstəlik insanlar üçün təhlükəlidir.
“WELV” infeksiyası olan xəstələrdə qızdırma, başgicəllənmə, baş ağrısı, halsızlıq və bel ağrısı, həmçinin ürəkbulanma, qusma və ishal kimi ümumi simptomlar müşahidə olunur. Laboratoriya testlərinin nəticələri bir çox xəstədə toxuma zədələnməsi və qan laxtalanması əlamətlərini göstərib.
Oxşar xəbərlər
Çində növbəti öldürücü virus: Gənə ilə ötürülərək beyinə təsir edir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
KİV: İran ABŞ-nin hərbi obyektlərini vurdu
-
Şuşada "Etimadın bərpasında media diplomatiyası və media savadlılığının rolu" müzakirə edilib
-
Çində Kainatı öyrənmək üçün Ayı alətə çevirməyin yolunu tapıblar
-
"TuranBank" biznesin maliyyələşdirilməsi məqsədilə beynəlxalq fondlardan yerli valyutada vəsait cəlb edib
-
ABŞ Hörmüzə nəzarəti ələ keçirə bilsə... - Savaşın əsl səbəbi
-
Azərbaycan və Slovakiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - TAM MƏTN
