×
×
×
×

Akademik Zərifə Əliyevanın 103 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçirilib

Akademik Zərifə Əliyevanın 103 illiyinə və Milli Oftalmologiya Mərkəzinin 80 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçirilib.

"Sizinxeber.az" xəbər verir ki, tədbirdə Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həkimləri, ölkənin müxtəlif bölgələrindən olan oftalmoloqlar və alimlər elmi məruzələrlə çıxış ediblər.

Konfransa həmçinin Türkiyə, Rusiya, İtaliya, Özbəkistan və digər ölkələrdən ümumilikdə 300-ə yaxın tanınmış mütəxəssis qatılıb.

Tədbir çərçivəsində səhiyyə naziri Teymur Musayev son illərdə Mərkəzdə həyata keçirilən fəaliyyətlər barədə fikirlərini bölüşüb:

"Ötən il ilk dəfə yerli meyit donordan gözün buynuz qişası transplantasiya edilib. Bu gün artıq biz Göz Bankının birgə açılışını edəcəyik. Təbii ki, bu uğurlar Mərkəzdə peşəkar idarəetmədən, ciddi yüksəkixtisaslı kadr potensialından və müasir texnoloji bazadan xəbər verir".

Milli Oftalmologiya Mərkəzinin direktoru Elmar Qasımov Zərifə Əliyevanın Oftalmologiya sahəsində gördüyü işlərdən danışıb:

"Zərifə xanımın xarici dillərə tərcümə olunmuş 200-ə yaxın elmi əsəri var. Həmin əsərlərin onlarla həkimə iş həyatında çox faydası olub. Akademik Zərifə Əliyeva Azərbaycanda bir zamanlar geniş yayılmış traxomanın tədqiqi və aradan qaldırılması, eləcə də peşə ilə bağlı göz xəstəliklərinin profilaktikası və müalicəsi sahəsində mühüm elmi nailiyyətlər əldə edib".

Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik İsa Həbibbəyli qeyd edib ki, bu gün böyük nüfuz qazanan Milli Oftalmologiya Mərkəzi daha da inkişaf etməkdədir:

"Mərkəzin fəaliyyətindəki uğurlar ildən ilə artmaqdadır. Bu da ölkəmizdə səhiyyə sisteminə göstərilən diqqətin bariz nümunəsidir".

Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanovun sözlərinə görə, Milli Oftalmologiya Mərkəzində çalışmaq Zərifə xanıma qismət olmasa da, onun buraxdığı izlər bu sahədə çalışan hər kəs üçün bir işıqdır:

"Təkcə Azərbaycanda deyil, keçmiş SSRİ-də, eləcə də dünyanın bir çox yerində Zərifə xanımın elmi fəaliyyəti, verdiyi töhfələr alqışla qarşılanıb".

Türk Cümhuriyyətləri Oftalmologiya Dərnəyinin sədri Önər Gəlişkən təşkil olunan tədbirin əhəmiyyətini vurğulayıb:

"Bu konfrans oftalmologiya sahəsində əldə olunan son elmi nailiyyətlərin və müasir tibbi texnologiyaların müzakirəsi, yerli və xarici mütəxəssislər arasında təcrübə mübadiləsinin aparılması üçün mühüm platformadır. Konfransın əsas məqsədi oftalmologiyanın aktual problemlərinin müzakirəsi, yeni diaqnostika və müalicə metodlarının təhlili, həmçinin gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsidir".

Konfrans müzakirələrlə davam edib.

SON XƏBƏRLƏR

Donald Trampın Türkiyədən qayıdarkən təyyarəsini dəyişməsinin səbəbi məlum oldu

Rusiyadan Azərbaycana pul köçürmələri dayandırıldı - Səbəb

Sabah da 41 dərəcə isti olacaq

Ermənistanın ixracı: AB-yə 80%, Çinə 83% artdı

Rumıniya ölkənin hava məkanında ikinci PUA-nı vurdu

İşğaldan azad edilmiş ərazilərdə növbəti səyyar görüşlər...

ABŞ İrana İNANMIR: Trampdan rəsmi Tehrana TƏKLİF

Şuşa-Xankəndi yolunda avtomobil dərəyə aşdı

Ukraynada hərbçiləri partlatmağa çalışan qız saxlanıldı

Kərim Xan vəzifədən kənarlaşdırıldı

ABŞ bölgəyə daxil olmaq istəyən tankeri vurdu: 2 ölü

Tramp AB-ni buna görə hədələdi

Çin və Rusiya İrana hərbi dəstək verir? - Tramp AÇIQLADI

Tramp: İrana qarşı əvvəlkindən daha böyük hücum planlaşdırıram

Uşaqların şəxsi mesajlarına nəzarət: Valideynlər nələri bilməlidirlər?

Yerin qitələrini Samanyolu Qalaktikası formalaşdırıb? – Alimlərdən inqilabi iddia!

Xocalı faciəsini "Haray"la dünyaya çatdıran rejissorun doğum günüdür

ABŞ-dən İranla əlaqəli şəxslərə və qurumlara yeni SANKSİYA

Prezidentdən Rəşad Aslanovla bağlı İKİ SƏRƏNCAM

Astanada ilk aerotaksi nümayiş olundu – Video

BÜTÜN XƏBƏRLƏR