×
×
×
×

Bakı metrosundakı hadisə ilə bağlı 2 nəfər xəstəxanaya aparılıb, 9-na yerində yardım edilib

Bu gün Bakı metrosunda baş verən hadisə səbəbindən iki qadın - 25 həftəlik hamilə qadın və sağ çiynin travması diaqnozu təyin olunan 43 yaşlı şəxs Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub.

Bu barədə "Report"un sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, 9 nəfərə isə arterial hipertenziya və stresə qarşı reaksiya səbəbi ilə yerində yardım göstərilib.

Baş verən hadisə ilə əlaqədar çağırış ünvanına 21 təcili tibbi yardım briqadası cəlb olunub.

Xatırladaq ki, aprelin 21-də saat 12:10 radələrində "Ulduz–Nərimanov" mənzilində təmas relsinə yüksək gərginliyin verilməsində nasazlıq yaranıb. Təhlükəsizlik məqsədilə "Ulduz" və "Nərimanov" stansiyalarında sərnişinlərin təxliyəsi həyata keçirilib. Bu səbəbdən qatarların "Nərimanov–Əhmədli" istiqamətində hərəkəti məhdudlaşdırılıb. "Bakı Metropoliteni" QSC-nin bütün stansiyalarında sərnişinlərin girişinə müvəqqəti məhdudiyyət tətbiq edilib.

SON XƏBƏRLƏR

Donald Trampın Türkiyədən qayıdarkən təyyarəsini dəyişməsinin səbəbi məlum oldu

Rusiyadan Azərbaycana pul köçürmələri dayandırıldı - Səbəb

Sabah da 41 dərəcə isti olacaq

Ermənistanın ixracı: AB-yə 80%, Çinə 83% artdı

Rumıniya ölkənin hava məkanında ikinci PUA-nı vurdu

İşğaldan azad edilmiş ərazilərdə növbəti səyyar görüşlər...

ABŞ İrana İNANMIR: Trampdan rəsmi Tehrana TƏKLİF

Şuşa-Xankəndi yolunda avtomobil dərəyə aşdı

Ukraynada hərbçiləri partlatmağa çalışan qız saxlanıldı

Kərim Xan vəzifədən kənarlaşdırıldı

ABŞ bölgəyə daxil olmaq istəyən tankeri vurdu: 2 ölü

Tramp AB-ni buna görə hədələdi

Çin və Rusiya İrana hərbi dəstək verir? - Tramp AÇIQLADI

Tramp: İrana qarşı əvvəlkindən daha böyük hücum planlaşdırıram

Uşaqların şəxsi mesajlarına nəzarət: Valideynlər nələri bilməlidirlər?

Yerin qitələrini Samanyolu Qalaktikası formalaşdırıb? – Alimlərdən inqilabi iddia!

Xocalı faciəsini "Haray"la dünyaya çatdıran rejissorun doğum günüdür

ABŞ-dən İranla əlaqəli şəxslərə və qurumlara yeni SANKSİYA

Prezidentdən Rəşad Aslanovla bağlı İKİ SƏRƏNCAM

Astanada ilk aerotaksi nümayiş olundu – Video

BÜTÜN XƏBƏRLƏR